“Mançester Siti” Harri Keynin transferi barədə “Tottenhem”lə razılığa gələ bilməyib.

Bu barədə Sports.ru yazıb.

Qeyd olunur ki, tərəflər futbolçunun transferi məsələsini sonlandıra bilməyib. London klubunun prezidenti Deniel Levi Keyni “Siti”yə buraxmaq istəmir.

Bir ay bundan əvvəl “Mançester Siti” futbolçuya görə 100 milyon funt təklif etsə də klub bundan imtina edib.

.