
Fransanın “TotalEnergies” şirkətinin Rusiyaya qayıtması Rusiya ilə Ukrayna arasında sülh sazişinin şərtlərindən asılı olacaq.
“İnterfaks” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Patrik Puyanne telekörpüdə müvafiq sualı cavablandırarkən bildirib.
Eyni zamanda o qeyd edib ki, hazırda geosiyasi baxımdan hər hansı proqnoz vermək tezdir.
Puyanne vurğulayıb ki, şirkətin Rusiyada hələ də “lövbər” uzunmüddətli layihəsi – “Yamal LNG” var, burada şirkət təbii qazın mayeləşdirilməsi zavodunun 20 %-nə sahibdir.
O, həmçinin Rusiya boru kəməri qazının Avropaya qaytarılmasının mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.
Qeyd edək ki, daha əvvəl “TotalEnergies” Rusiyada tikilməkdə olan və ABŞ-nin birbaşa sanksiyalarına məruz qalan “Arctic LNG 2” layihəsinin 20 %-nə sahib idi. Şirkət artıq iştirakını dayandırıb və idarəetmədə iştirak etmir.
.