"Toplum TV" işinə görə saxlanılanlar barəsində həbs qərarı verilib.
Bu gün Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin edilib.
Məhkəmənin qərarına əsasən, Toplum TV-nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev və İlkin Əmrahov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Ötən gün Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
.