“Top-5” liqalarda ən çox yetirməsi oynayan klublar müəyyənləşib.
Bu baxımdan iki komanda digərlərini qabaqlayıb.
İspaniya nəhəngləri “Barselona” və “Real”ın akademiyasının 101 kəşfi digər klublarda çıxış edir. Bura 15-21 yaş arası ən azı üç il eyni komandada oynamış futbolçular aiddirlər.
Ən çox yetirməsi digər klublarda oynayanlar:
1-2. “Barselona” (İspaniya) - 101 futbolçu
1-2. “Real” (İspaniya) – 101
3. PSJ (Fransa) – 75
4. “Lion” (Fransa) – 69
5. “Mançester Yunayted” (İngiltərə) – 60
6. “Mançester Siti” (İngiltərə) – 57
7. “Vilyarreal” (İspaniya) – 56
8-10. “Arsenal” (İngiltərə) - 54
8-10. “Valensiya” (İspaniya) – 54
8-10. “Bavariya” (Almaniya) - 54
.