Albaniya Ədliyyə Nazirliyi tərəfindən Türkiyəyə ekstradisiya edilən “Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerin həbsi üçün hakim qarşısına çıxarılacaq.

TRT Haber xəbər verir ki, interpol tərəfindən qırmızı bülletenlə axtarılan Thodex-in qurucusu Faruk Fatih Özer 30 avqust 2022-ci ildə qaçdığı Albaniyada tutulub.

Albaniyanın məhkəmə orqanları Özerin Türkiyəyə ekstradisiyası ilə bağlı qərarı təsdiqləyib. Özer aprelin 20-də İstanbula gətirilib.

“Təşkilat qurmaq və idarə etmək”, “cinayətdən irəli gələn əmlakı leqallaşdırmaq” və “xüsusi dələduzluq”da ittiham olunan Özer barəsində həbs qətimkan tədbiri seçilib.

.