“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

 EIU ölkə iqtisadiyyatının 2025–2029-cu illərdə sabit templə artacağını açıqlayıb.

“The Economist” Azərbaycanın 2025-ci il üzrə real ÜDM-in artım proqnozunu 2,9%-dən 3,4%-ə kimi, 2026-cı il üzrə 2,9%-dən 3,1%-ə kimi artırıb. 2027-ci il üzrə iqtisadi artım proqnozu dəyişməyərək 3,1%, 2028-ci il üzrə isə 3,2% müəyyən edilib. EIU 2029-cu ildə Azərbaycanda 3,5% iqtisadi artım olacağını gözləyir.

Nominal ÜDM isə 2025-ci ildə 145,4 mlrd. manat, 2026-cı ildə 154,6 mlrd. manat, 2027-ci ildə 174,6 mlrd. manat, 2028-ci ildə 192,0 mlrd. manat, 2029-cu ildə isə 212,6 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, bu ilin ilk 8 ayında Azərbaycanda iqtisadi artım 1% təşkil edib. 2026-ci ilin büdcə layihəsində isə ölkədə ortamüddətli iqtisadi artım 3,5% səviyyəsində proqnozlaşdırılıb. Cari il üzrə bu rəqəm 3%, 2026-cı il üzrə 2,9%, 2027-ci il üzrə 3,3%, 2028-i il üzrə 3,1% və 2029-cü il üzrə 4,8% müəyyən edilib.

.