“Sumqayıt” avrokuboklarda mübarizəni dayandırıb.

“Gənclik şəhəri” təmsilçisi Konfrans Liqasında mübarizəyə başladığı II təsnifat mərhələsini adlaya bilməyib.

Ayxan Abbasovun yetirmələri Serbiyanın “Çukariçki” klubu ilə bacarmayıb. Ötən həftə Belqradda qolsuz heç-heçəyə nail olan sumqayıtlılar doğma arenada azarkeşlərini məyus edib.

Oyunun əvvəlində iki qol vuran balkanlılar inamlı qələbə sayəsində mərhələ adlayıb. Tarixində ikinci dəfə avrokuboklara qatılan “Sumqayıt” isə bir il əvvəlki kimi qol vurmadan qitə macəralarına son verib.

Qeyd edək ki, “Sumqayıt” ötən il Şimali Makedoniya “Şkendiya”sına evdə 0:2 hesabı ilə uduzub.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
“Sumqayıt” (Azərbaycan) – “Çukariçki” (Serbiya) - 0:2

.