Azərbaycan xalq musiqisinin, milli estradasının təşviqinə və təbliğinə hər zaman dəstək olan “Space” TV ən çox danışılan, müzakirə olunan yeni layihəni təqdim edir.

Korifey sənətkarların ifasında səslənən təkrarsız mahnılar, ruh oxşayan təsniflər, bəstəkarların şah əsərləri indi yenidən səslənəcək. Yeni simaların ifasında tam fərqli formatda – “Milli səs” adlı musiqi yarışını ekranlarınıza gətiririk.

Gənc istedadların üzə çıxarılması, peşəkar musiqiçilərin onları düzgün istiqamətləndirməsi layihənin əsas hədəflərindəndir. “Milli səs”in təşkili, eyni zamanda, son vaxtlar həm milli musiqimizdə, həm də milli estradamızda sezilməyə başlayan yad səslərin, boğazların, ifa tərzinin aradan qaldırılmasına xidmət edəcək.

Xalq və bəstəkar mahnılarını ifa edən, səsinə güvənən, 16 yaşından yuxarı hər kəs bu yarışa qatıla bilər.

Oxu, ifanı telefona çək və videogörüntünü +99455 309 94 94, +99470 309 94 94 nömrələrinə “WhatsApp” vasitəsi ilə göndər, qeydiyyata düş və yarışa qatıl!

Ulduz olmaq arzun “Space”də gerçək olsun! Sən də oxu! Milli SƏS ol!

Gəl, ulduzun parlasın!

Qeydiyyat üçün əlaqə nömrələri:

+99455 309 94 94
+99470 309 94 94

 

.