Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Azərbaycan çempionu “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşıb.

Hesabda geri düşən komandamız geridönüş etməyi bacarıb. Ardıcıl qollar vuran "bayquşlar" adını Çempionlar Liqasının liqa mərhələsinə yazdırıb.

Qeyd edək ki, komandalar arasında Buxarestdə keçirilən ilk matç “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu

“Sabah” – “Hapoel” (Beer-Şeva) 5:2
Qollar: Nvaçukvu, 38, Raxmonaliyev, 74, Mütəllimov, 90+4, Mbina, 101, Mikels, 115 - Zlatanoviç, 10, Mizrahi, 61

.