“Sabah” – “Orhus” qarşılaşmasının bütün biletləri satılıb.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşünün keçiriləcəyi “Bank Respublika Arena”da 8700 tamaşaçı olacaq.

Qeyd edək ki, “Sabah” – “Orhus” oyunu bu gün saat 20:00-da başlayacaq. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

 

.