“Mənim cismim 77, ruh yaşım isə 25-dir”.
Bunu Xalq artisti Rasim Balayev “Xəzər TV”də yayımlanan “Qonaqcanlı” verilişinə müsahibəsində deyib.
O səhhəti ilə bağlı da danışıb: “Dostlarım zəng edir ki, necəsən? Cavab verirəm ki, babatam. Deyirlər, bir dəfə də de ki, yaxşıyam. Ancaq daha yaxşı olmaqdan keçib.
Bir az ayağımda problem var. “Babək”, “Dədə Qorqud” və bir türk filmində çəkiləndə atdan yıxılmışam. 60 yaşına qədər özünü bildirmədi, sonradan fəsadını göstərdi. Bəzən kabinetdə oturanda belə yırtıq yaranır. Tez-tez fizoterapiyaya gedirəm. Deyirlər qocalığı boynuna alma. Necə alma, bədəndə hiss olunur. Əsas odur, ruh cavan olsun, ruhum cavandır, amma cismim qocalıb”.
.