“Rusiyada bu ilin fevralında bir neçə nəfərdə aşkarlanan “quş qripi”nin yeni növü olan A(H5N8) çox güman ki, tezliklə mutasiyaya uğrayacaq və insandan insana keçəcək”.

Bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova TASS-a müsahibəsində deyib.

O bildirib ki, bunun baş vermə ehtimalı olduqca yüksəkdir.

A. Popova qeyd edib ki, belə bir ssenariyə hazır olmaq, testlər hazırlamaq və peyvənd yaratmağın vaxtıdır.

“Təhlükəni görüb dünyanı xəbərdar edə bildik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ötən ay Rusiyada quşçuluq fermasının 7 nəfər əməkdaşında yeni növ “quş qripi” aşkarlanıb.

.