İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi bəlli olub.

Bunu paytaxt təmsilçisi açıqlayıb.

Yeni mövsümdən romalıları Joze Mourinyo çalışdıracaq. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Portuqaliyalı bu postda həmyerlisi Paulu Fonsekanı əvəzləyəcək. Mourinyo fəaliyyətinə yayda başlayacaq.

Qeyd edək ki, Mourinyonun son iş yeri ötən ay ayrıldığı “Tottenhem” olub.

.