ABŞ özünün sülh planını qəbul etməsi üçün Ukraynaya təzyiq göstərir.
Bu barədə məsələdən məlumatı olan iki anonim mənbə “Reuters“ə bildirib.
Mənbələrin sözlərinə görə, ABŞ Ukraynanı sülh planını qəbul etməyəcəyi təqdirdə, silah tədarükünü və kəşfiyyat dəstəyini kəsməklə hədələyib.
Mənbələrdən biri qeyd edib ki, ABŞ Ukraynanın növbəti həftənin cümə axşamına qədər razılaşmanın mexanizmini imzalamasını tələb edir.
Bundan əvvəl beynəlxalq mətbuatda ABŞ-ın Rusiya-Ukrayna münaqişəsini sonlandırmaq məqsədilə 28 maddədən ibarət sülh planı hazırladığı ilə bağlı xəbərlər dərc olunub.
Rusiya isə rəsmi olaraq ABŞ-dan hər hansı bir sülh planı ilə bağlı təklif almadığını bəyan edib.
.
