Misir və Qəzza zolağı arasında yerləşən “Rəfah” keçid məntəqəsi 20 yük maşını keçdikdən sonra bağlanıb.
Bu barədə Yenizaman TASS-a istinadən xəbər verir.
Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu və Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden arasında olan telefon danışığı zamanı “Rəfah”keçid məntəqəsinin bu gün yerli vaxtla saat 10:00-da açılacağı qərara alınmışdı.
.
