Rusiyanın “Red Wings” aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya birbaşa müntəzəm uçuşları bərpa edəcək.

Bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

İlk uçuş aprelin 27-nə planlaşdırılıb.

Aviareyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək, təyyarə yerli vaxtla saat 16:20-də yola düşəcək, saat 21:40-da isə əks istiqamətdə uçacaq. Uçuş müddəti təxminən 3,5 saat təşkil edəcək.

.