İspaniyanın “Real” klubunun futbolçusu Cud Bellinqem unikal göstəriciyə imza atıb.
O, “kral klubu”nun heyətində XXI əsrdə 15 qol həddinə çatan ilk yarımmüdafiəçi olub.
Madrid təmsilçisinin XXIV turda “Jirona”nı 4:0 hesabı ilə məğlub etdiyi görüşdə dubl müəllifi olan İngiltərə millisinin üzvü cari mövsüm La Liqada ümumi qol sayını 16-ya çatdırıb.
Qeyd edək ki, 20 yaşlı futbolçu “Real”dakı debüt mövsümündə bütün turnirlərdə keçirdiyi 29 oyunda 20 qol vurub, 8 məhsuldar ötürmə verib.
.