Mayın 11-də Qranadada yerli komandanı 0:4 hesabı ilə məğlub edən “Real Madrid” İspaniya çempionatındakı unikal rekordunu təkrarlayıb.
Kral klubu öz tarixində üçüncü dəfə 19 matçlıq quru seriyaya imza atıb.
Bu oyunlar ərzində 10 dəfə Andrey Lunin, yeddi dəfə Kepa Arrizabalaqa, iki dəfə isə Tibo Kurtua qapısını toxunulmaz saxlayıb.
Ötən illərdə Madrid klubu ardıcıl iki mövsümdə bu uğuru qazanmağa müvəffəq olub: 1986/87 və 1987/88.
İndi “Real Madrid”in öz nailiyyətini üstələmək üçün üç oyunu var. Komanda “Alaves”, “Vilyareal” və “Betis”lə qarşılaşacaq.
Mənbə: championat.com
.