66-cı dəfə ilin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.
Məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Kərim Benzema yiyələnib.
2022-ci ilin qalibinin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə “Real”ın fransalı hücumçusu mükafatına qovuşub. Ona mükafatı keçmiş baş məşqçisi, əfsanəvi fransalı Zinəddin Zidan təltif edib.
Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FIFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.
.