UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Hekken” və “Qarabağ” komandaları arasında II tur oyununun hakim təyinatları açıqlanıb.
Yenizaman qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, matçı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Sebastyan Gishamer olacaq. Ona yan xətt hakimləri Roland Ridel və Santino Şrayner köməklik edəcəklər.
Dördüncü hakim funksiyasını Ştefan Ebner yerinə yetirəcək. VAR hakimi Kristian-Petru Çokirka, onun köməkçisi isə Aleksandr Harkam olacaq.
Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
.