Türkiyənin “Trabzonspor” klubunun qvineyalı futbolçusu Fode Koyta karyerasını “Qarabağ”da davam etdirməyə yaxındır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, hazırda icarə əsasında Super Liqanın digər komandası “Kasımpaşa”da çıxış edən 33 yaşlı hücumçu mövsümün sonunda komandasını dəyişəcək. Forvardın trabzonlularla müqaviləsi davam etsə də, “bordo-mavililər”in baş məşqçisi Abdullah Avcı onun xidmətində maraqlı deyil.
Bu üzdən Koyta indidən yeni təklifləri nəzərdən keçirir. Futbolçu Super Liqanın digər komandalarının təkliflərini artıq rədd edib. Oyunçunun meneceri oyunçunun “Qarabağ”a keçidinə çalışır. O, bunun üçün Trabzonda yerli klub nümayəndələri ilə də görüşüb. Menecer Qara dəniz təmsilçisini razı salsa, hücumçu mövsümün sonunda “Qarabağ”a transfer ediləcək.
Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Azərbaycan çempionu mövsümün əvvəlində də onunla maraqlanıb.
.