Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 IFFHS-in rəsmi saytı xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

Aktivində 143,5 xal olan “köhlən atlar” səkkiz pillə irəliləyərək 83-ü olub.

İlk “3-lük”də 329 xalla “Flamenqo” (Braziliya), 311 xalla “Liverpul” (İngiltərə) və 308 xalla “Palmeyras” (Braziliya) qərarlaşıb.

.