Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Yenizaman IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yenə yalnız "Qarabağ" yer alıb.
“Köhlən atlar” ötən ayla müqayisədə 5 pillə geriləyib. Premyer Liqanın lideri 141 xalla 67-ci sırada qərarlaşıb.
Ağdamlılar Avropa təmsilçiləri arasında 46-cı, postsovet məkanında 1-cidir.
Türkiyə komandalarından "Fənərbağça" 179,5 xalla 28-ci, “Başakşehir” 135,5 xalla 74-cü, “Sivasspor” 106,5 xalla 122-ci, “Trabzonspor” 101 xalla 133-cü yerdə qərar tuturlarsa, “Qalatasaray” və “Beşiktaş” 78 xalla 216-cı pilləni bölüşdürürlər.
Reytinqdə lider dəyişikliyi olub. İspaniyanın “Real Madrid” klubu 320 xalla birinci pilləyə yüksəlib. “Flamenqo” (Braziliya – 295 xal) ikinci sıraya düşüb, “Mançester Siti” (İngiltərə - 254) isə üçüncü pillədə qalıb.
.