Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.

Buna XIII turun ilk oyun günündə aydınlıq gəlib.

İki matçın baş tutduğu gün məhsuldar alınıb. Çempionatın autsayderləri “Keşlə” və “Səbail”in matçında 4 qol vurulub. Qəsəbə təmsilçisi iki top fərqi ilə çıxsa da, azlıqda qaldıqdan sonra üstünlüyünü əldən verib – 2:2.

Premyer Liqanın lideri “Qarabağ” “Sabah”ı qəbul edib. Ağdam klubu indiyədək heç vaxt uduzmadığı rəqibini bu dəfə böyükhesablı məğlubiyyətə uğradıb – 4:1. Darmadağınla üzləşən “Sabah”ın 5 matçlıq məğlubiyyətsizliyi başa çatıb. Qurban Qurbanovun yetirmələri isə mövsümün ilk yarısını 1-ci pillədə başa vuracağını təmin edərək qış çempionu olub.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIII tur
4 dekabr (şənbə)

“Keşlə” – “Səbail” - 2:2
Qollar: Felipe Santos (p.), 45+7, Anatole Abanq, 46 - Rahid Əmirquliyev, 66, Camal Araqo, 90+5

“Qarabağ” – “Sabah” - 5:1
Qollar: Abdullah Zubir, 16, 51, Filip Ozobiç, 35, Vadji İbrahima, 77, 90 - Bəxtiyar Həsənalızadə, 27

1

Qarabağ

13

9

3

1

28-8

30

2

Zirə

12

6

4

2

21-12

22

3

Qəbələ

12

6

4

2

20-12

22

4

Neftçi

12

6

2

4

20-18

20

5

Sabah

13

4

2

7

17-23

14

6

Sumqayıt

12

3

2

7

8-17

11

7

Keşlə

13

3

2

8

14-23

11

8

Səbail

13

3

1

9

11-26

10

.