"Qarabağ" yay fasiləsində ikinci transferini açıqlayıb.

Ağdam klubu braziliyalı vinger Juninyonun keçidini rəsmən elan edib. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

27 yaşlı futbolçu Portuqaliyanın "Çaves" klubundan transfer olunub. Juninyonun "Qarabağ"da hansı nömrədə çıxış edəcəyi də məlum olub. O, 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Qarabağ"ın transfer dönəmində ilk keçidi "Zirə"dən fransalı vinger Hamidu Keyta olub.

.