“Qarabağ”ın U-15 komandası Belarusda “Bizim gələcəyimiz” adlı beynəlxalq turnirə qatılacaq.

Ağdam təmsilçisinin 2009-cu il təvəllüdlüləri fevralın 7-10-u aralığında Minskdə baş tutacaq turnirdə Belarus və Rusiyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

16 kollektivin 4 qrupa bölündüyü turnirdə “Qarabağ” yerli BATE, eyni zamanda Rusiyanın “Zvezda” və “Olimpik” komandaları ilə B qrupunda mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala adlayacaqlar. Çempion kubokla, 2-3-cü yerlərin sahibləri isə medallarla təltif ediləcəklər. Həmçinin turnirin ən yaxşı futbolçularına mükafat təqdim ediləcək. Oyunlar hər hissəsi 20 dəqiqədən ibarət olacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-15 komandasına ötən gün Vüqar Əsgərli baş məşqçi təyin edilib.

.