Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Yenizaman PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Turan Tovuz” – “Sabah” oyununda “Sabah”dan 7 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə təmsilçisi 700 manat cərimələnib.
Eyni matçın 36-cı dəqiqəsində “Qəbələ”nin 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib.
“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan təmsilçisi 700 manat cərimələnib.
Həmin görüşün 2-ci hissəsində “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimələnib.
“İmişli” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” 700 manat cərimə edilib.
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat cərimələnib.
.
