“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən açıqlanan klubların Avropa reytinqinin ilk “50-liy”ində yer alıb.

 Ağdam təmsilçisi aktivindəki 139 xalla qitənin 49-cu sırasında qərarlaşıb.

Qurban Qurbanovun kollektivi “Borussiya” (Dortmund, Almaniya), “Latsio”, “Fiorentina”, “Atalanta (hamısı İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Lester” və “Nyukasl” (hər ikisi İngiltərə) kimi aparıcı Avropa ölkələrinin tanınmış klublarını qabaqlayıb. Türkiyə klublarından yalnız “Fənərbağça” “Qarabağ”ı üstələyə bilib. İstanbullular 161 xalla Avropanın 28-cisidir.

Azərbaycanın reytinqdəki digər təmsilçisi “Neftçi” 66,5 xalla 146-cı yeri tutub. Ümumilikdə 265 klubun olduğu siyahıda “Zirə” 253-cü pillədə (50,25 xal) qərarlaşmaqla kifayətlənib.

Avropa reytinqinə İngiltərə klubu “Liverpul” başçılıq edir. İlk “üçlüy”ün digər sakinləri “Çelsi” və “Mançester Siti” də İngiltərə təmsilçiləridir.

İlk “10-luq”:

1. “Liverpul” (İngiltərə) – 273 xal

2. “Çelsi” (İngiltərə) – 250

3. “Mançester Siti” (İngiltərə) – 248

4. “Real” (İspaniya) – 247

5. “Benfika” (Portuqaliya) – 228

6. “Portu” (Portuqaliya) – 224

7. “Leyptsiq” (Almaniya) – 220

8. PSV (Niderland) – 215,5

9. “Bavariya” (Almaniya) – 208

10. “Betis” (İspaniya) - 202

.