“Qalatasaray”ın futbolçusu Arda Turanın taleyinə aydınlıq gəlib.
34 yaşlı yarımmüdafiəçi sevimli komandasındakı çıxışını davam etdirəcək.
Fatih Terim baş məşqçi postunda qaldıqdan sonra Ardanın da qalmasını istəyib. Futbolçu ilə bununla bağlı danışıqlar müsbət nəticələnib. Türkiyə millisinin sabiq üzvü tezliklə “cim-bom”la 1+1 il formatında müqavilə imzalayacaq.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Arda Turan ötən il yenidən “sarı-qırmızılılar”a qayıdıb.
.