Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Bu gün cavab oyunları çərçivəsində iki matç keçirilib.

Günün ilk qarşılaşması Gəncədə baş tutub. I divizion təmsilçisi “Kəpəz” “Keşlə”ni qəbul edib. Beş gün öncə 1:0 hesablı ev qələbəsi qazanan bakılılar səfərdə də qalib gəlib – 2:0.

1/4 finalın yeganə paytaxt derbisində “Zirə” “Neftçi”ni qəbul edib. İlk qarşılaşmada 1:0 hesablı qələbə qazanan qəsəbə təmsilçisi qolsuz heç-heçəyə nail olaraq rəqibini mübarizədən kənarlaşdırıb. Beləliklə, paytaxtın iki komandası yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın ilk iki cütlüyündə “Qarabağ” “Qəbələ”ni (3:1, 3:0), “Sumqayıt” isə “Səbail”i (0:1, 2:1) üstələyərək növbəti mərhələyə adlayıb.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

7 fevral (bazar)

“Kəpəz” – “Keşlə” - 0:2

Gəncə şəhər stadionu
İlk oyun – 0:1

 “Zirə” – “Neftçi” - 0:0

Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 1:0

.