“Düşdüyüm situasiya pis idi. Fərqli vəziyyət olsaydı, daha yaxşı təkliflər alardım”.

Bu sözləri futbolxeber.az-a müsahibəsində “Araz Naxçıvan” klubunun yeni transferi Qara Qarayev xarici kulublardan gələn təkliflərlə bağlı sualı cavablandırarkən deyib.

“Uzun müddət “Neftçi”də oynamamaq, əvəzedici heyətə göndərilmək, sonra da klubdan ayrılmaq... Bundan sonra hansısa klubdan təklif almaq çətin idi. Bu, yaradılan situasiya ilə bağlı çətinlik idi. Vaxtında desəydilər, fərqli olardı. Halbuki Avropadan da təklifim var idi. Amma mən bundan imtina etdim. Sonra isə klub məni yarıyolda qoydu və belə vəziyyət yarandı”, - futbolçu vurğulayıb.

.