“Qarabağ”ın üç futbolçusu yubiley matçını qeyd edib.

Bunlar müdafiəçilər Rahil Məmmədov, Kevin Medina və hücumçu Ramil Şeydayevdir.

XXXII turda “Neftçi” ilə (4:2) görüşün iştirakçıları olan Azərbaycan millisinin üzvləri ölkə çempionatında 100-cü oyunlarını keçiriblər. Şeydayev bu qarşılaşmalarda 33 qol vurub. 27 yaşlı hücumçu Premyer Liqada iki klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib.

Rahil Məmmədovun isə hesabında 1 qol var. 28 yaşlı müdafiəçi “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”nin (7 oyun) uğurları üçün çalışıb.

Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. 30 yaşlı kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb.

.