“Nar” fizikiməhdudiyyətli şəxslərə dəstək verilməsi məqsədilə artıq 3-cü dəfədir,təşkil olunan “Təlim Məktəbi” sosial layihəsinə yenidən start verdi. Layihənin əsas məqsədi nitq və eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyasına və maliyyə azadlığına dəstək olmaq üçün onları peşətəlimləri ilə təmin etməkdir. Missiya çərçivəsində bu gənclər üçün əmək bazarında daha çox tələbat olan xüsusi peşə təlimlərinin təşkil edilməsi nəzərdə tutulub.
Ümumilikdə 6 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30 yaş arasındakı 20 gənc iştirak edəcək.
İlkinmərhələdəhəftəiçihərgünolmaqla 3 ay boyuncaxanımlarapeşəkarmütəxəssislərtərəfindənmanikürustalığıtəlimlərikeçiriləcək. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq. Təlimməktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir.
Qeydedəkki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub.
