“Nar” 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib və onlar üçün dayanıqlılıq və iqlim dəyişikliyinə yönəlmiş maarifləndirici təlim proqramının keçirilməsinidəstəklədiyini bildirir. Bu təşəbbüs dayanıqlılıq və iqlim dəyişikliyi gündəmini effektiv şəkildə idarə edə biləcək peşəkar media nümayəndələrinin inkişafına “Nar”ın dəstəyininümayiş etdirir. 

Dayanıqlılıq və iqlim dəyişikliyi sahəsində ekspert xidmətləritəqdim edən“Sustainera Solutions” şirkətinin müxətəssislərinin keçdiyi təlim çərçivəsində dayanıqlılıq və iqlim dəyişikliyinin təşviqində medianın həlledici rolu, eko piarın vacibliyi və dayanıqlılıq kommunikasiyasında tendensiyaların rolu barədə önəmli aspektlər vurğulanıb. 

“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media əməkdaşlarını təbrik edib və təlim haqqında fikirlərini bölüşüb: “Nar” olaraq məqsədimiz jurnalistləri həyati vacib ekoloji məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq və cəlb etmək təşəbbüslərində dəstəkləmək və bununla da daha yaşıl və daha dayanıqlı dünyaya töhfə verməkdir. Bu il ölkəmizin COP29 tədbirinə ev sahibliyi edəcəyi üçün biz hesab edirik ki, jurnalistlərin dayanıqlılıq və iqlim dəyişikliyi məsələləri ilə bağlı məlumat vermək üçün zəruri biliklərlə gücləndirilməsi çox önəmlidir”. 

Mətbuat gününü qeyd edən jurnalistlər üçün dayanıqlılıq və iqlim dəyişikliyi üzrə təlimdən əlavə Fibonacci intellektual oyunu da təşkil edilib. 30 media orqanını təmsil edən jurnalistlər 6 komandada biliklərini yarışdırıblar. 1, 2 və 3-cü yeri tutan qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edilib. Tədbir haqqında qısa videonu buradan izləyə bilərsiniz.


 

.