Azərbaycanda milli internet resurslarının inkişafınadəstək məqsədilə,yüksək keyfiyyətli mobil rabitə və internet təminatçısı kimi “Nar” növbəti dəfə “NETTY”milli internet mükafatına dəstək olur.

Müsabiqədə iştirak üçünartıq “NETTY” təşkilat komitəsinə 6 əsas nominasiya üzrə 200-dən çox müraciət daxil olub.Növbəti mərhələdə Ekspertlər Şurası və Virtual Münsiflər heyəti “Dövlət və Cəmiyyət”, “Biznes və Maliyyə”, “Elm, Təhsil və İnnovasiya”, “Səhiyyə, İdman və Turizm”, “İnformasiya və Xəbərlər” və “Mədəniyyət, İncəsənət və Yaradıcılıq” nominasiyaları üzrə təqdim edilən layihələri qiymətləndirəcək.

Xatırladaq ki, bu gün müsabiqədə iştirak üçün müraciətlərin qeydiyyatının son günüdür. Qeydiyyat 30 noyabr saat 00:00-dək açıqdır. Müraciətlər netty.az/registration səhifəsi üzərindən həyata keçirilir.
 

.