Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Yenizaman xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupunun matçları keçiriləcək.

E qrupunda “Feyenoord” Niderlandda İtaliyanın “Latsio” klubunu, “Seltik” isə Şotlandiyada İspaniyanın “Atletiko” komandasının qəbul edəcək.

F qrupunda İtaliya “Milan”ı Fransada PSJ-nin, Almaniyanın “Borussiya” (Dortmund) kollektivi isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

G qrupunda “Leyptsiq” Almaniyada Serbiyanın “Srvena Zvezda” klubu ilə, “Yanq Boyz” İsveçrədə turnirin son qalibi olan İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşacaq.

H qrupunda isə Ukraynanın “Şaxtyor” (Donetsk) kollektivi İspaniyada “Barselona” ilə, Portuqaliya “Portu”su isə Belçikada “Antverpen” ilə üz-üzə gələcək.

.