Xarici yük gəmisi Hörmüz boğazında saya oturub.
“Mehr”in xəbərinə görə, hadisə gəminin İranın müəyyən etdiyi naviqasiya dəhlizindən kənarda hərəkət etməsi nəticəsində baş verib.
Məlumatda, həmçinin, SEPAH-ın gəmilərə ünvanladığı xəbərdarlıq bir daha xatırladılıb.
Qeyd olunub ki, gəmilər yalnız İranın Larak adasının cənubundan keçən naviqasiya dəhlizi ilə hərəkət etməlidir. Tehran həmin marşrutun Hörmüz boğazından keçən gəmilər üçün yeganə təsdiq edilmiş giriş və çıxış yolu olduğunu bildirir.
.
