"MEDİA tərəfindən “Media haqqında” qanun layihəsinin yaxın zamanlarla parlamentə təqdim ediləcəyinə inanmaq istəyirik".

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Z. Oruc qanunun payız sessiyasının İş planına daxil edilməməsinə də aydınlıq gətirib: “Layihədə bir-iki maddə ətrafında fərqli fİkirlər var, onların uzlaşdırılması üzərində işlər aparılır. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla bizim komitədə də görüşü olmuşdu. Əminik ki, bir-iki maddələr üzərində konsensus tapılandan sonra sənədlə bağlı problem qalmayacaq, parlamentdə müzakirəyə çıxarılması mümkün olacaq”.

.