“McDonalds” Rusiya bazarında fəaliyyətini yeni brend altında davam etdirəcək.

Bu barədə şirkətdəki mənbədən TASS agentliyinə bildirilib.

Qeyd olunub ki, “McDonalds” iyunun ortalarından etibarən fəaliyyətini yeni brend altında, işçi ştatını və menyunu saxlamaqla davam etdirəcək.

“Əgər siz Puşkinskayadakı “McDonalds”ın (Puşkinskaya metor stansiyası yaxınlığında Moskvada ilk açılan“McDonalds” restoranı) taleyindən narahatsızsa, buna dəyməz. Yeni brend həmin binada fəaliyyət göstərəcək. Sarı rəngli ”M” hərfinin olduğu bütün binalarda restoran fəaliyyətini davam etdirəcək”, deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, restoran ənənəvi menyunu da saxlayacaq. Mümkündür ki, burgerlərin adı dəyişsin.

.