Erik ten Haqla yollarını ayıran “Mançester Yunayted” yeni baş məşqçisini açıqlayıb.

Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Ruben Amorim komandanın yeni baş məşqçisi təyin edilib.

39 yaşlı çalışdırıcı ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. Portuqal mütəxəssisin müqaviləsini 1 illik uzatma variantı var.

Ruben Amorim komandaya noyabrın 11-də qoşulacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.

.