“Mançester Yunayted” Meyson Qrinvudu icarəyə verməyə hazırlaşır.

21 yaşlı hücumçunun xidmətində İspaniya, İtaliya və Türkiyə klubları maraqlıdır.

Qız dostunu zorlamaqda ittiham olunduqdan sonra 2022-ci ilin yanvarından komandanın əsas heyətindən uzaqlaşdırılan ingilis futbolçu da klubunu dəyişmək arzusundadır. Bu ilin fevralında hücumçunun üzərindəki bütün ittihamlar götürülsə də, “Mançester Yunayted” vəziyyətlə bağlı daxili araşdırma apardığı üçün onu heyətə qaytarmayıb.

Qeyd edək ki, Qrinvudun mankunianlılarla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

.