“Mançester Yunayted”in daha bir məşqçisi komandanı tərk edib.

Istefaya göndərilən Joze Mourinyo və Ole-Qunnar Sulşerin köməkçisi kimi çalışmış Kiran Makkenni Premyer Liqa klubu ilə vidalaşıb.

35 yaşlı mütəxəssis aşağı liqada baş məşqçi olmağa üstünlük verib. O, üçüncü divizionda çıxış edən “İpsviç”in sükanı arxasına keçib.

İki il Mançester təmsilçisinin U-18-inə rəhbərlik edən Makkenna 2018-ci ildən əsas komandada çalışırdı. Şimali irlandiyalı Ralf Ranqnikin baş məşqçi postuna gəlişindən sonra vəzifəsində qalsa da, “İpsviç”dən aldığı təklifi qəbul edib.

.