İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün çempionu bəlli olub.
XXXVI turun “Mançester Yunayted” – “Lester” matçının nəticəsi qızıl medalın sahibini müəyyənləşdirib.
Lider “Mançester Siti”nin ən yaxın izləyicisi olan şəhərin digər komandası doğma arenasında 1:2 hesabı ilə məğlub olub. Sona üç tur qalmış “qırmızı şeytanlar”ı 10 xal qabaqlayan “şəhərlilər” rəqibi üçün əlçatmaz olub.
Beləliklə, “Mançester Siti” son 10 ildə 5-ci, ümumilikdə isə 7-ci dəfə İngiltərə çempionluğunu qazanıb. Mançesterlilər 1936–37, 1967–68, 2011–12, 2013–14, 2017–18 və 2018–19 mövsümlərindəki uğurlu nəticəni təkrarlayıb.
.