Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir ay Brat) cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən "Mahir ay Brat"a şərti cəza verilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, meyxanaçı ötən ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
.