İngiltərənin “Liverpul” klubunun seneqallı hücumçusu Sadio Manenin koronavirus testinin cavabı müsbət olub.

Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Futbolçu dərhal təcrid olunub. Hazırda Mane özünü yaxşı hiss edir,

Xatırladaq ki, üç oyunda 9 xalla “Liverpool” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikincidir. “Lester” çempionatın lideri olaraq qalır.

.