İngiltərə Premyer Liqasında IV tura yekun vurulub.
 
Son oyun günündə 6 oyun keçirilib.

Son çempion “Liverpul” biabırçı məğlubiyyətlə üzləşib. Ardıcıl 3-cü qələbəsinə sevinən “Aston Villa” mersisaydlıları darmadağına məruz qoyub.

“Mançester Yunayted” də ağır yenilgi alıb. Ole-Qunnar Sulşerin yetirmələri  öz meydanında darmadağınla üzləşiblər. “Tottenhem” rəqibini 6:1 hesabı ilə yenib. “Lester” “Vest Hem”lə qarşılaşmada üç cavabsız qola yenilib. 

“Vulverhempton” “Fulhem”lə, “Arsenal” “Şeffild Yunayted”lə, “Sauthempton” “Vest Bromviç”lə ev matçında üç xal qazanan tərəf olub.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 17-19-da keçiriləcək.
 
İngiltərə Premyer Liqası

IV tur

“Vulverhempton” – “Fulhem” – 1:0
Neto, 56

“Arsenal” – “Şeffild Yunayted” – 2:1
Saka, 61, Pepe, 64 – Makqoldrik, 83

“Sauthempton” – “Vest Bromviç” – 2:0
Cenepo, 41, Romeu, 69

“Lester” – “Vest Hem” – 0:3
Antonio, 14, Fornals, 34, Bouen, 83

“Mançester Yunayted” – “Tottenhem” – 1:6
Fernandes, 2 (pen.) – Ndombele, 4, Son, 7, 37, Keyn, 30, 79 (pen.), Orye, 51

“Aston Villa” – “Liverpul” – 7:2
Uotkins, 4, 23, 39, Makqin, 35, Barkli, 55, Qriliş, 66, 75 – Salah, 33, 60

.