ABŞ Prezidenti Donald Tramp koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair sübut gördüyünü açıqlayıb.
“Haber Global” xəbər verir ki, Tramp bununla bağlı əlavə detalları deyə bilməyəcəyini bildirib:
“Çin bunu bilərəkdən və ya səhvən etmiş ola bilər. Araşdırmaçılarımız bu məsələ üzərində işləyirlər”.
Tramp Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) da tənqid edib:
“ÜST özündən utanmalıdır. Çinin ictimaliyyətlə əlaqələr agentliyi kimi işləyir. Bu virus Çində dayandırıla bilərdi, amma indi bütün dünyada yayılıb. Baş verənlərdən məmnun deyilik”.
.
