Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Hadisə Yasamal rayon ərazisində yerləşən “Kontakt Home” mağazasında qeydə alınıb.

Belə ki, naməlum şəxs mağazadan 1 200 manat dəyərində olan bir ədəd mobil telefon oğurlayıb.

Daha sonra mağaza rəhbərliyi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

.