“Jirona” komandası İspaniya La Liqasının XXIV turunda “Real”la mərkəzi oyuna baş məşqçisiz çıxacaq.

Buna səbəb adıçəkilən klubun çalışdırıcısı Miçel Anxelin cəzalandırılması olub.

“Real Sosyedad”la XXIII turun matçının (0:0) son dəqiqələrində qeyri-idman hərəkətinə görə texniki zonadan qovulan 48 yaşlı mütəxəssis 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Qeyd edək ki, “Real” – “Jirona” oyunu fevralın 10-da keçiriləcək. Hazırda “Kral klubu” 58 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar liderdən 2 xal geri qalırlar.

.