Səhiyyə Nazirliyi Novruz bayramı günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov deyib ki, insanlar bayram günlərində özlərinə nəzarət edə bilmir və qida rejimi pozulur.

Qidalanmanın düzgünlüyünün hər kəs üçün individual olduğunu vurğulayan həkim bildirib ki, hamı üçün eyni sxem yoxdur:

“Novruz bayramı ərəfəsində hazırlanan şirniyyatlar şəkərlə zəngindir. Şəkərlə zəngin olan qidaların saxlanma müddəti uzun ola bilər, amma düzgün şəraitdə saxlanılmalıdır. Qidalar düzgün istifadə olunmalıdır”.

Nazirlik rəsmisi həmçinin deyib ki, bayram süfrəsindəki balıq məhsulları həmin gün yeyilməlidir: “Tez xarab olan məhsulların 4-6 saat ərzində qəbulu tövsiyə olunur. Əgər insanlar zəhərlənmədən şübhələnərsə, evdə müalicədən qaçmalı, mütləq həkimə müraciət etməlidir".

.